hemle

Ceyhun Bayramovun da iştirak etdiyi iclasda 15 nəfər koronavirusa yoluxub - Foto

Tarix:15-12-2021, 08:21
Baxış Sayı:254

İsveçdə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən 9 ölkədən 15 nəfər koronavirusa yoluxub.

hemlemedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçin paytaxtı Stokholmda 56 ölkənin xarici işlər orqanı rəhbərlərinin qatıldığı görüşdə jurnalistlər və ekspertlər də iştirak ediblər.

Görülən tədbirlərə baxmayaraq, ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası başa çatdıqdan dərhal sonra koronavirusa yoluxan qonaqlarla bağlı ilk məlumatlar ortaya çıxıb. Hazırda doqquz fərqli ölkədən olan iclasın 15 iştirakçısında koronavirus aşkar edilib. Onların arasında Finlandiyanın xarici işlər naziri Pekka Haavisto da var.

Qeyd edək ki, sözügedən iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib. 2-3 dekabr tarixlərində keçirilən iclasda ümumilikdə ATƏT üzvü olan 57 ölkə təmsil olunub.

Ceyhun Bayramovun da iştirak etdiyi iclasda 15 nəfər koronavirusa yoluxub - Foto

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir