hemle

Əhməd İsmayılov: “Müstəqil çalışan şəxslər də jurnalist vəsiqəsi ala biləcək” - VİDEO

Tarix:11-12-2021, 19:25
Baxış Sayı:228

"KİV haqqında qanunun müvafiq maddəsinə istinad etsək, görəcəyik ki, indiki jurnalistlərimiz, ümumiyyətlə ştatdankənar və ştatlı müxbirlərimiz jurnalist statusundan istifadə edir".

Bunu ARB 24-ün "Gündəm" verilişinə açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, Media haqqında qanun layihəsində daha geniş yanaşma tətbiq edilib:

"Hər hansı media subeykti ilə istər ştatlı, istərsə də ştatsız heç bir əmək müqaviləsi olmadan əməkdaşlıq edənlər də jurnalist vəsiqəsi ala bilər. Onların fəaliyyəti ilə bağlı heç bir məhdudiyyət yoxdur. Jurnalist hansısa bir materialı hazırlayıb təqdim edirsə, həmin material üzərində müəllif hüququ var və onun media subyektində yayılması ilə bağlı müqavilə bağlayaraq özünü jurnalist kimi bəyan edir. Qanun layihəsində belə bir bəsit və səmərəli mexanizm ortaya qoymuşuq. Əmək müqaviləsi olmayan, müstəqil olaraq fəaliyyət göstərən, bir və ya bir neçə media subyektinə material təqdim edən jurnalistlər həmin maddənin təsir dairəsinə düşür. Sadəcə onların material təqdim etməsi hansısa bir sənəddə öz əksini tapır Həmçinin qonarar alınması prinsipi də müqavilə əsasında olur".

Digər xəbərlər
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq