hemle

Şuşa şəhəri ərazisindəki abidələrin özgəninkiləşdirilməsi qaydası müəyyənləşib

Tarix:7-12-2021, 21:32
Baxış Sayı:352

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb

“Şuşa dövlət tarix-arxitektura qoruğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ləğv edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Eyni zamanda Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a dəyişiklik edilib.
Dəyişikliyə əsasən, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq dövlət reyestrindən çıxarışda və ya daşınmaz əmlakın təsvirində, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışda daşınmaz əmlakın tarix və mədəniyyət abidəsi olması barədə məlumat qeyd edildiyi halda, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı satın almaqda üstünlük hüququnun həyata keçirilməsini təmin etmək məqsədilə, habelə daşınmaz əmlak icarəyə (istifadəyə) verilərkən mülkiyyətçinin müraciəti əsasında notarius tərəfindən Mədəniyyət Nazirliyinə, tabeliyindəki dövlət qoruqlarının ərazisində yerləşən abidələrə münasibətdə Dövlət Turizm Agentliyinə, Şuşa şəhərinin ərazisində yerləşən abidələrə münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində yerləşən abidələrə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə bildiriş göndəriləcək.

İndiyə qədər tarix və mədəniyyət abidələrinin özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına dair müqavilələrin təsdiqi zamanı müvafiq mədəniyyət orqanlarının bu barədə razılığı olmalı idi.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir