hemle

Nazir istilik problemləri olan məktəblərin sayını AÇIQLADI

Tarix:2-12-2021, 13:38
Baxış Sayı:210

"Noyabrın 15-də ölkədə istilik sistemi işə düşəndə 67 məktəbdə istiliklə bağlı problem vardısa, bu rəqəm indi 20-yə qədər endirilib".

Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda məktəblərin istiliklə təminatı prosesi davam edir: "Hər hansı bir məktəbdə qəza ola bilir. Səbəblər müxtəlifdir. Hər zaman Təhsil Nazirliyinə aid olan səbəblər deyil, bəzi hallarda isə obyektiv səbəbdir".

Nazir bildirib ki, ölkə üzrə 60 faiz məktəb mərkəziləşdirilmiş istilik sistemi ilə təmin edilib: "Digər məktəblər odun yanacağı və sair vasitələrlə qızdırılır: "Bakı şəhərindəki məktəblərin əksəriyyətində istiliklə bağlı problem aradan qaldırılıb. Əvvəlki tədris ilində fasilələr olduğundan hər bir dövr istilik sistemində problem yaradırdı. İstilik sisteminin söndürülüb yandırılması televiziya pultu kimi deyil. Sistem hər dəfə yandırılıb söndürüləndə müəyyən problemlər ortaya çıxır".

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir