hemle

Həbsdə vəfat edən MƏMURLAR

Tarix:30-11-2021, 11:55
Baxış Sayı:243

Son illər vəzifə səlahiyyətlərini aşan, korrupsiyaya bulaşan məmurların həbsi ilə yadda qalıb. Onlardan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb, hökm oxunanlarla yanaşı hazırda məhkəməsi davam edənlər də var. Tutulan məmurlardan bir neçəsi isə həbsdə dünyasını dəyişib.

"Unikal" həbsdə ölən məmurları təqdim edir:

Bu ilin sentyabr ayında Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev Gəncədə yerləşən modul tipli xəstəxanada koronavirusdan vəfat edib. N.Quliyev 1954-cü ilin sentyabr ayının 1-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olub. 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Daha sonra Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. O, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunmuşdu. N.Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə DTX-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılan cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılmışdı. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Sentyabr ayında həbsdə olan sabiq deputat Rafael Cəbrayılov Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib. Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.

Cari ilin noyabr ayında "Azərxalça" ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov vəfat edib. Ölümündən bir həftə əvvəl V.Muradovun onkoloji xəstə olduğu üçün müalicəyə ehtiyacı nəzərə alınaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında barəsində həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbirinə dəyişdirilmiş və o, azadlığa buraxılmışdı.

Rəsmi məlumata görə, Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdı.

Ötən gün yerli KİV-də yer alan məlumata görə, Naxçıvanın həbsdə olan sabiq milli təhlükəsizlik naziri general-leytenant Vəli Ələsgərov da həbsdə dünyasını dəyişib. Sabiq nazir Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra V.Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib. V.Ələsgərov vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda, qulluq mövqeyindən sui-istifadə etməkdə, telefon danışıqlarını qanunsuz dinləmədə və digər cinayətlərdə ittiham olunurdu. V.Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının Milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ