hemle

BMT-dən Azərbaycanla Ermənistana təklif

Tarix:27-11-2021, 23:15
Baxış Sayı:560

BMT-nin Baş katibi Antonio Quterreş Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli sammitinin keçirilməsini alqışlayıb.

Bunu şənbə günü Quterreşin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

"BMT-nin Baş katibi noyabrın 26-da Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında üçtərəfli görüşü yüksək qiymətləndirir. Quterreş Azərbaycan və Ermənistanı bütün mövcud formatlardan, o cümlədən, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupundan istifadə etməklə qalan məsələləri həll etməyə çağırır”, - Haq bildirib.

Fərhan Haq əlavə edib ki, Baş katib davamlı sülhün yalnız dialoq yolu ilə əldə oluna biləcəyi ilə bağlı BMT-nin mövqeyini təsdiqləyir və tərəfləri qalan məsələləri bütün mövcud formatlar, o cümlədən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında həll etməyə çağırır:

"BMT bu cür səyləri, o cümlədən, humanitar yardım göstərmək, yenidənqurma və bölgədə sülhün bərqərar edilməsinə kömək göstərməklə dəstəkləməyə hazırdır”.

Digər xəbərlər
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı
22:32 Dələduzlar sizi “QR” kodla aldada bilər – XƏBƏRDARLIQ