hemle

"Gömrükdə saxlanılan psixotrop maddələrin 99,4 %-i “patı” və “şüşə” olub" - Səfər Mehdiyev

Tarix:19-11-2021, 20:24
Baxış Sayı:246

2019-2021-ci illər ərzində 551 fakt üzrə qanunsuz dövriyyədən götürülən ümumilikdə 5 ton 960 kiloqramdan artıq narkotikin 83 %-dən çoxu, başqa sözlə 4 ton 985 kiloqram 770 qramı daha təhlükəli ağır narkotik vasitə hesab edilən heroindən ibarət olub.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Azərtac-a müsahibəsində deyib.

"Ciddi narahatlıq doğuran məqamlardan biri də sözügedən dövr ərzində saxlanılan psixotrop maddələrin 99,4 %-inin, yəni 274 kiloqram 722 qramının “qara bazar”da “patı” və “şüşə” adı altında satılan metamfetaminin təşkil etməsidir. Onu da qeyd edim ki, təkcə cari il ərzində aşkar olunan faktlar üzrə 1 ton 733 kiloqram 504 qram heroin, 508 kiloqram 432 qram tiryək, 194 kiloqram 122 qram metamfetamin və sair olmaqla, ümumilikdə 2 ton 481 kiloqram 5 qram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb", - S.Mehdiyev bildirilib.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ