hemle

Cari ilin bir ayı ərzində 613 kq narkotik vasitə dövriyyədən çıxarılıb - RƏSMİ

Tarix:5-02-2021, 23:22
Baxış Sayı:314

Bu ilin 1 ay 4 günü ərzində polis orqanları tərəfindən 613 kq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, respublikanın daxili işlər orqanları tərəfindən aparılan kompleks əməliyyat-profilaktik tədbirləri nəticəsində bu istiqamətdə işlər ildən-ilə müsbət istiqamətdə dəyişir:

“Belə ki, respublikanın daxili işlər orqanları tərəfindən bu ilin 1 ay 4 günü ərzində 193 kq marixuana, 344 kq heroin, 68 kq tiryək, 1 kq həşiş, 2 kq digər narkotik tərkibli vasitələr, eləcə də 67 kq metamfetamin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb”.

“Təkcə bu rəqəmin böyük hissəsi, 316 kq narkotik vasitə, o cümlədən 74 kq marixuana, 179 heroin, 62 kq tiryək, 1 kq həşiş, 43 kq psixotrop maddə Baş Narkotiklə Mübarizə İdarəsi və onun tabeli orqanlarının əməkdaşları tərəfindən müəyyən edilərək qanunsuz dövriyyədən çıxarılıb”, - deyə E.Hacıyev qeyd edib.

O bildirib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər müəyyən olunaraq aidiyyəti üzrə təhvil veriliblər və onlar barəsində istintaq orqanlarında müvafiq istintaq hərəkətləri aparılır:

“Məqsədimiz narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizənin effektiv nəticəsinin olmasıdır. Xüsusilə vurğulamaq istəyirəm ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində görülən tədbirlərin effektiv nəticəsini təhlil etdikdə bu ilin 1 ay 4 günü ərzində əldə olan nəticələrin ötən ilin 4 ayı ilə müqayisədə daha çox olduğu məlum olur”.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı