hemle

"Azərbaycanla tərəfdaşlıq münasibətlərimizi yeni səviyyəyə çatdırmağa hazırıq" - Aİ rəsmisi

Tarix:18-11-2021, 18:50
Baxış Sayı:236

"Azərbaycanda sərmayə imkanları ilkin olaraq müəyyənləşdirilmiş səviyyədən xeyli çox ola bilər".

Bunu Azərbaycana səfər edən Avropa qonşuluq və genişlənmə danışıqları məsələləri üzrə baş direktor əvəzi Masey Popovski bildirib.

“Aİ Azərbaycanın daimi tərəfdaşı olaraq twinning və TAIEX layihələri vasitəsilə qabaqcıl təcrübəsini tətbiq edir. İqtisadi və sərmayə imkanlarını tam şəkildə üzə çıxarmaq üçün Azərbaycanla əl-ələ verərək tərəfdaşlığımızı yeni səviyyəyə qaldırmağa hazırıq. Azərbaycanda icra etdiyim missiya göstərdi ki, bu ölkədəki sərmayə yatırımları imkanları ilkin olaraq müəyyənləşdiriləndən xeyli çox ola bilər. Aİ Azərbaycanda və Şərq Tərəfdaşlığının bütün ölkələrində sıravi vətəndaşların həyatına müsbət dəyişikliklər gətirmək üçün hökumətlə, özəl sektorla, həmçinin beynəlxalq maliyyə qurumları ilə çalışmağa hazırdır” – deyə diplomat qeyd edib.

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi