hemle

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

Tarix:12-11-2021, 07:52
Baxış Sayı:252

Noyabrın 12-si Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür.

Hazırkı Konstitusiya 26 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib.

Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi.

Azərbaycan dövlətinin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.

Digər xəbərlər
18:20 Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı
18:19 Bu şəxslər dəmir yolundan da pulsuz istifadə edəcək
18:18 Bu şəxslər Azərbaycana buraxılmır
18:18 COP29 Çağrı Mərkəzi fəaliyyətə başladı
14:50 Ermənistan Azərbaycanla şərti sərhəddə "səlibçi" bayraqlarını endirdi
14:48 “Axmaqlar tərəfindən idarə olunan axmaqlar ölkəsi” - Trampdan qalmaqallı açıqlama
13:20 Aİ Rusiya ilə müharibəyə hazırlaşır: sakinlərə qida və su ehtiyatı yığmaq tapşırıldı
13:18 2024-cü ildə Azərbaycanda bələdiyyə seçkiləri keçirilməyəcək