hemle

Təxribatçı bloger Peqov yenə Qarabağa gəldi - FOTOLAR

Tarix:11-11-2021, 21:48
Baxış Sayı:261

Azərbaycanın axtarışa verdiyi bloger, “Wargonzo” layihəsinin yaradıcısı Semyon Peqov yenə Qarabağa gəlib.
Semyon Peqov sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan ərazilərdə olub. O həmçinin, Əsgəran qəsəbəsinin Ağdamla qonşu olan hissəsində qanunsuz xidmət aparan qanunsuz erməni hərbi birləşmələrinin üzvləri ilə görüşüb, onlarla şəkil çəkdirib.
Peqov Azərbaycan Ordusunun mövqelərinin də foto və video çəkilişlərini aparıb.(modern.az)

Xatırladaq ki, Semyon Peqov II Qarabağ Müharibəsində Azərbaycana qarşı aparılan qərəzli informasiya müharibəsinin əsas ruporlarından biri olub.

Faktla bağlı 2020-ci ildə noyabrında Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.



Digər xəbərlər
15:21 Azərbaycanda yeni medal təsis olundu
15:16 Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı fərmanda dəyişiklik olundu
15:11 Məşhur diş pastalarında zəhərli maddələr aşkarlandı - Azərbaycanda da satılır
15:06 Bu yol tam bağlanacaq - Sürücülərin nəzərinə!
15:03 Bulvara Çindən faytonlar gətiriləcək
14:57 İstanbulun küçələrinə xüsusi təyinatlılar yeridildi: Nə baş verir?
14:54 İstanbul görüşü başlamamış “parçalandı” – Ukraynanın bu şərti ilə
10:30 Bakının bu ərazisində evlər su qiymətinədir – Bahalaşacaq