hemle

"Azərbaycanlı qardaşlarımızın yanında olmaqda davam edəcəyimizi bir daha vurğulayırıq” - Türkiyə MN

Tarix:1-11-2021, 20:57
Baxış Sayı:220

Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə mina və digər partlayıcı vasitələrin axtarışı və zərərsizləşdirilməsi işinə modernləşdirmə və təlim fəaliyyətləri ilə dəstəyini davam etdirir. Birgə fəaliyyət nəticəsində bu günə qədər 123 kvadratkilometr ərazi minalardan təmizlənib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin fəaliyyəti və gündəmdəki mövzularla bağlı təşkil edilən mətbuat konfransında məlumat verilib.

Qeyd edilib ki, mina və partlayıcı vasitələrin təmizlənməsi istiqamətində indiyədək Azərbaycandan 899 nəfər üçün təlim keçirilib. Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıq, təlimlərin planlaşdırılması və keçirilməsi, idarəetmə və icra prinsiplərinin uyğunlaşdırılması məqsədilə başlanmış “Qardaş Briqada” layihəsi davam etdirilir. Bu çərçivədə 2021-ci il oktyabrın 5-dən 8-dək Türkiyə və Azərbaycan təmsilçilərinin iştirakı ilə Naxçıvanda “Sarsılmaz Qardaşlıq-2021” təlimi keçirilib.

“Bir millət, iki dövlət” şüarı ilə kədərdə və sevincdə də bərabər olduğumuz azərbaycanlı qardaşlarımızı noyabrın 8-də qeyd olunacaq Zəfər Günü münasibətilə təbrik edirik. Bu günə qədər olduğu kimi, bundan sonra da haqlı mübarizələrində azərbaycanlı qardaşlarımızın yanında olmaqda davam edəcəyimizi bir daha vurğulayırıq”, - deyə mətbuat konfransında bildirilib.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ