hemle

Saakaşviliyə dəstək mitinqi yenə izdihamlı oldu - Video

Tarix:28-10-2021, 10:31
Baxış Sayı:234

Gürcüstanın Sameqrelo bölgəsinin Zuqdidi şəhərində böyük mitinq keçirilib.

hemlemedia.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, mitinq ölkənin keçmiş Prezidenti Mixail Saakaşvili tərəfindən təsis edilən “Vahid Milli Hərəkat” tərəfindən təşkil edilib.

Mitinqdə Sameqrelo bölgəsinin müxtəlif hissələrindən gələn iştirakçılar toplaşıb. Onlar “Mişaya azadlıq!” şüarları səsləndiriblər. Bununla yanaşı, mitinq zamanı Saakaşvilinin Sameqrelo sakinlərinə ünvanladığı müraciət də oxunub.

Bildirilir ki, “Vahid Milli Hərəkat” sözügedən mitinqlə Sameqrelo bölgəsində seçki qabağı kampaniyasını başa vurub.

Qeyd edək ki, oktyabrın 30-u Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu keçiriləcək. Seçki zamanı Zuqdidi də daxil olmaqla 20 şəhər və rayona merlər seçiləcək. Seçkilərin birinci turu isə oktyabrın 2-si keçirilib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir