hemle

Mikayıl Cabbarov xorvatiyalı nazirlə görüşdü - FOTOLAR

Tarix:22-10-2021, 13:38
Baxış Sayı:277

İqtisadiyyat naziri Mikayıl Cabbarov Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radman ilə görüşüb.

Görüşdə Xorvatiya ilə siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyi, tərəfdaşlığın genişlənməsi üçün müqavilə-hüquq bazasının təkmilləşdirilməsi istiqamətində işlərin aparıldığı diqqətə çatdırılıb. Bildirilib ki, qarşılıqlı səfərlər, aparılan müzakirələr ikitərəfli münasibətlərin inkişafında önəmli rol oynayır. Ölkələrimiz Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də əməkdaşlıq edir.

Azərbaycan iqtisadiyyatı, həyata keçirilən sistemli və ardıcıl iqtisadi islahatlar barədə məlumat verən iqtisadiyyat naziri qeyd edib ki, ticarət Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlığının əsas istiqamətlərindəndir və 2021-ci ilin yanvar-avqust aylarında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 62% artıb.

İqtisadiyyat naziri Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunun işgüzar dairələr arasında əlaqələrin genişlənməsi, perspektiv sahələrin müəyyənləşdirilməsi baxımından əlverişli platforma olduğunu qeyd edib, Xorvatiya iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət edib. İqtisadiyyat naziri həmçinin, cari ilin 26 oktyabr tarixində Zaqrebdə keçirilməsi nəzərdə tutulan Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının iqtisadi sahədə əməkdaşlığın inkişafı perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.

Q. Q. Radman Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, Xorvatiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüş çərçivəsində Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Xorvatiya Maliyyə Nazirliyi arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi M. Cabbarov və Q. Q. Radman imzalayıblar. Sənəddə iqtisadi əməkdaşlığın inkişafı, vergi orqanları arasında səmərəli tərəfdaşlığın və məlumat mübadiləsinin təşkili məsələləri öz əksini tapıb.

Mikayıl Cabbarov xorvatiyalı nazirlə görüşdü - FOTOLAR

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir