hemle

Vilayət Eyvazov bu rayona DYP rəisi TƏYİN ETDİ

Tarix:20-10-2021, 13:35
Baxış Sayı:284

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

hemlemedia.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Nəbiyev Elşad Əhməd oğlu Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYP) rəisi vəzifəsinə təyinat alıb.

O, bu təyinata qədər Xızı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində çalışıb.

Qeyd edək ki, bir müddət əvvəl Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi, polis mayoru Şaiq Ağayev öz ərizəsi ilə vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir