hemle

İlham Əliyev: "Ermənistan İran ilə əlbir olaraq işğal edilmiş ərazilər vasitəsilə Avropaya narkotik vasitələrin daşınmasını həyata keçirib"

Tarix:15-10-2021, 13:53
Baxış Sayı:245

"Təxminən, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq Avropaya narkotik vasitələrin daşınması üçün işğal edilmiş ərazilərimizdən istifadə edib".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında deyib.

Prezident vurğulayıb ki, ötən il Azərbaycan daha əvvəl Ermənistanın nəzarətində olan İran ilə 130 km-lik dövlət sərhəddi üzərində nəzarəti bərpa etdikdən sonra İrandan Azərbaycanın Cəbrayıl rayonu ərazisindən keçməklə Ermənistana, oradan da Avropaya narkotik vasitələrin daşınmasının yolunu kəsdi: "Azərbaycan-İran sərhəddinin digər hissələrində tərəfimizdən qarşısı alınan heroinin həcmi əvvəlki illərin analoji dövrü ilə müqayisədə 2 dəfə artıb. Bu ondan xəbər verir ki, təxminən, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq işğal edilmiş ərazilər vasitəsilə Avropaya narkotik vasitələrin daşınmasını həyata keçirib".

"İşğal dövründə dəfələrlə bəyan etmişdim ki, işğal altında olan ərazilər narkotik vasitələrin daşınması və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. İndi bu, artıq sübut edilmiş faktdır”, - dövlət başçısı bildirib.

Digər xəbərlər
18:24 “Bolt”da artıq pul tutulur - DİQQƏTLİ OLUN
18:22 Bakıda 110-a yaxın bina SÖKÜLƏCƏK - Hamısı bu rayonun ərazisindədir
18:19 Gözdən yayınmış rəng: Alimlər görün nə kəşf etdi
18:14 Həkimlər xəbərdarlıq etdi: İdeal təzyiq ölçüsü bu qədər olmalıdır
18:08 Papa öldü: Yeni Papanın Bakıya münasibəti necə olacaq?
18:03 Yeni Papa nə vaxt və necə seçiləcək? – Ağ tüstü göründükdə...
18:01 Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam
17:58 ABŞ yeni Papanın seçilməsi üçün plan qurub: Rusiya açıqladı