Cenevrədə BMT İnsan Hüquqları Komitəsinin 113-cü sessiyası öz işinə balanmışdır. Sessiyada Ermənistan Respublikasının BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt üzrə 3-cü Dövrü Hesabatı dinləniləcəkdir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Ermənistanın Dövrü Hesabatına alternativ hesabat təqdim etmişdir. Ermənistanın hesabatının müzakirəsi ərəfəsində VƏHML rəhbəri digər maraqlı tərəflərlə birgə BMT İnsan Hüquqları Komitəsinin üzvləri üçün onlayn brifinq keçirmişdir.
ATESH,AZ saytı QHT.az saytına istinadən xəbər verir ki, Sahib Məmmədov təmsil etdiyi təşkilatın təqdim etdiyi alternativ hesabatı bir daha təsdiq etmiş, lakin hesabatın təqdim olunduğu vaxtda əsaslı dəyişikliklərin baş verməsi barədə komitə üzvlərini məlumatlandırmışdır.
VƏHML tərəfindən verilən bəyanatda göstərilir ki, “...Alternativ hesabatın təqdim olunduğu vaxtdan sonra vəziyyət əsaslı surətdə dəyişmiş, 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin növbəti provokasiyasına qarşı əks hücum başlanmış və 44 gün davam edən müharibə Rusiya, Ermənistan və Azərbaycan arasından bağlanmış üçtərəfli bəyanatla başa çatmışdır.
Azərbaycan işağ olunmuş əraziləri azad etmiş və ərazilərin erməni silahlı birləşmələri tərəfindən dərhal boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsi Azərbaucan ordusunun ərraziləri işğaldan azad etməsi nəticəsində icra olunmuşdur.
Hesabatda göstərilən Azərbaycanlı mülki girovlar əsrirlərin mübadiləsi zamanı Azərbaycana verilmişdir. Azərbaycan ərazilərində kampaq yaşayan 25 000 nəfərdən artıq etməni təhlükəsiz şəraitdə yaşamaqda davam edir.
Bununla belə 44 gün davam edən müharibə dövründə Ermənistan silahlı qüvvələri müharibə zonasından 30-50, 100 və bəzən 300 km məsafədə olan Azərbaycan şəhərlərinə ballistik raketlər ataraq 100 nəfərdən artıq mülki əhalini qətlə yetirmişdir. Döyüş xəttinə yaxın ərazilərə Ermənistan tərəfində qadağan olunmuş fosforlu və kaset bombalar atılmşışdır.
Ermənistan tərəfi 44 gün davam edən müharibə zamanı əsr götürdüyü azərbaycanlı hərbiçilərə münasibətdə qəddar davaranışlar nümayış etdirmiş. Əsrlər işgəncələrə məruz qalmış və bir hissəsi qətlə yetirilmişdir. Lakin üçtərəfli bəyanat imzaladıqdan sonra hər Azərbaycan, həm Ermənistan əsrləri mübadilə etmişdir”.
Lakin brifinqdə iştirak edən erməni QHT-lər bəyanatın səsləndirlməsinə mane oldular və Komitə prezidentindən dərhal bəyanatın səsləndirlməsinin dayadırımasını tələb etdilər.
Bununla belə təşkilatın bəyanatının əsas hissələri o cümlədən Ermənistanın hərbi cinayəti barədə olan hissə Komitə üzvlərinin diqqətinə çatdırıldı.
VƏHM tərəfindən təqdim olunan alternativ hesabatla BMT İnsan Hüquqları Üzər Ali Komissarın rəsmi veb səhifəsində tanış olmaq olar.
https://tbinternet.ohchr.org/_layouts/15/treatybodyexternal/SessionDetails1.aspx?SessionID=2498&Lang=en