hemle

Hesablama Palatasına hesabat təqdim etməyən qurumlar - SİYAHI

Tarix:24-05-2021, 17:27
Baxış Sayı:300

Hesablama Palatasına 2021-ci il tarixinə hesabat təqdim etməyən qurumların sayı açıqlanıb.

Bu barədə hemlemedia.az Hesabalam Palatasının 2020-ci ilin dövlət büdcə layihəsinin icrasına dair sənədə verdiyi rəyə istinadən bildirir.

Qeyd olunur ki, Hesablama Palatasına hesabat təqdim etməyən büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatların sayı 13-dür.

Həmin qurumların siyahısını təqdim edirik:

Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Bakı Konqres Mərkəzi” MMC, “Mir” Dövlətlərarası Teleradio şirkəti Azərbaycan Milli Nümayəndəliyi, Azərbaycan Nəşriyyatı, “Azergold” QSC, “Azal” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərenerji” ASC, “Azərxalça” ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi.

Rəydə yazılıb ki, qanunvericilikdə büdcədən maliyyə yardımı alan təşkilat anlayışının verilməməsi bir çox təşkilatın bu hesabatları təqdim edib-etməməsi barədə suallar yaradır.

Hesablama Palatasının rəyi parlamentin iclasında müzakirəyə çıxarılacaq.

Digər xəbərlər
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
11:52 Bu gün 33 dərəcə isti olacaq
11:36 Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK