hemle

Üç min ödəməyən xəstələri hospitalın “VİP korpus”undan çıxarıblar

Tarix:9-10-2021, 11:32
Baxış Sayı:239

FHN-in Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev və müəssisənin vəzifəli şəxsləri - Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda hospitalın prokuror ittiham aktını elan edib.

İttihama görə, İmran Ağayev hospitala gətirilən koronavirus xəstələrini boş otaqların olmamasını əsas gətirərək ya qəbul etməyib, ya da qəbulunu ləngidib. Amma özünün direktoru olduğu “Medi Style” MMC-dən göndərilən xəstələrin pul qarşılığında qəbulunu tezləşdirib.

İmran Ağayev baş həkim vəzifəsini icra edən zaman 140 nəfər xəstədən cəmi 51 min manatdan çox pul alıb. Həmin məbləğin 7500 manatı MMC-nin rəsmi dövriyyəsinə salınıb. Qalan məbləğ İmran Ağayev tərəfindən şəxsi ehtiyaclara xərclənib.

Bundan başqa İ.Ağayev Hospitalda Nəqliyyat şöbəsinin rəhbəri olmuş Rüfət Vəlizadə ilə də birgə cinayət əməlləri törədib. Belə ki, xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaiti rüşvət qismində yığılıb. Bu məbləğ minimum 500 manat, maksimum isə 4 min manat civarında olub.

Hospitalın “VİP korpus”unda qiymət çox zaman 3000 manat olaraq xəstə yaxınlarına təklif edilib. İttihama görə, deyilən məbləği ödəyə bilməyən xəstələr hospitalın “VİP korpus”undan çıxarılıb.

Proses 14 oktyabrda davam etdiriləcək.

“Qafqazinfo”

Digər xəbərlər
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq