hemle

Bu gün Ərbəin günüdür - İmam Hüseynin şəhadətinin 40-cı günü

Tarix:27-09-2021, 14:13
Baxış Sayı:264

Hicri-qəməri təqvimi ilə səfər ayının 20-si, dünya müsəlmanlarının üçüncü imamı Həzrət İmam Hüseynin (ə) şəhid edilməsinin 40-cı gününə təsadüf edir.

Müsəlmanlar məhərrəm ayının ilk 10 günü və Ərbəin gününü xüsusi əzadarlıq günləri kimi qeyd edirlər. Kərbəla şəhidlərinin matəmini 40 gün qeyd etmək ənənəsinin yaranma tarixi Aşura hadisəsinin baş verdiyi hicri 61-ci ili ilə bağlıdır.

Hər il müsəlmanlar Ərbəin günündə Nəcəfdən Kərbalaya 80 km yolu piyada qət edərək, İmam Hüseyni və onun Əhli-beytinin gördüyü məşəqqətləri anırlar.

Qeyd edək ki, ötən ilki kimi bu ildə də Ərbəin mərasimi başqa ictimai ayinlər kimi koronavirus pandemiyasına görə məhdudiyyətlər tətbiq edilməklə keçirilir. Bu il Ərbəin ziyarətində İraq əhalisindən əlavə təqribən 150 min civarında xarici zəvvarın, o cümlədən 50 min iranlı və 700 azərbaycanlı zəvvarın qatıldığı qeyd olunub.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir