hemle

Bakıda vəkil hücuma məruz qaldı

Tarix:15-09-2021, 20:45
Baxış Sayı:272

Hüquqşunas İlqar Musayev hücuma məruz qalıb. Bu iddia ilə "Qafqazinfo"ya vəkilin özü bildirib.

Onun sözlərinə görə, hadisə Şamil Əzizbəyov 88 ünvanında baş verib:

"Bu gün səhər saat 11 radələrində ofisdən sənədləri götürüb məhkəməyə getməliydim. Maşınımla ofisin həyətinə girəndə düz girişdə bir avtomobilin yolu bağladığını gördüm. Maşının kimə aid olduğunu soruşdum. Bir nəfər ona aid olduğunu dedi. Maşını çəkməsini istəsəm də, bunu etmədi. dedi, çekmirəm. Səbəbini soruşdum, əlini cibinə salıb üzərimə hücum çəkdi. Ətrafdakılar olmasa, bəlkə də cibindəki nə idisə çıxarıb vuracaqdı. 102 xidmətinə xəbər vermişəm. 21-ci polis bölməsində izahat vermişəm, təhqiqat gedir. Polis bu gün hadisə yerinə baxış da keçirdi".

Qeyd edək ki, 2007-ci ildən Vəkillər Kollegiyasının üzvüdür.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir