Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib.
Mədəniyyət Nazirliyindən bildirilib ki, mərhum sənətkar bu gün saat 13:00-da "Qurd Qapısı"nda torpağa tapşırılacaq.
***
Əməkdar artist Yaqub Zurufçu dəfn olunub.
"Qafqazinfo" xəbər verir ki, o, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə sənətkarın ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.
Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Yaqub Zurufçunun dəfn mərasiminə əklil göndərib. Əklil sənətçinin məzarı önünə qoyulub.
Qeyd edək ki, Y. Zurufçu ötən gün koronavirusdan müalicə olunduğu "Yeni Klinika"da 65 yaşında vəfat edib.