hemle

Azərbaycanda vaksinasiya ilə bağlı VACİB AÇIQLAMA

Tarix:14-09-2021, 12:03
Baxış Sayı:281

Hələlik Azərbaycanda əhalinin 30 faizdən bir qədər çoxu vaksinin hər iki dozasını alıb. Əhalinin bir hissəsi xəstələnib sağalıb, bir hissəsi isə birinci doza olunub, ancaq hələ istənilən say əldə olunmayıb. Hər iki dozanı vurduran əhalinin 70 faizə çatması üçün daha fəal çalışmalıyıq.

Bunu trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev deyib ki, bu, qlobal bir problemdir: "Ümumiyyətlə tibb tarixi göstərir ki, pandemiyalar bəzən 3-5 il davam edə bilir. Bu baxımdan görünür koronavirus pandemiyasının aradan qalxması üçün zaman lazım olacaq, yəqin ki, yaxın bir il içərisində də biz pandemiya və karantin şərtlərini zaman-zaman tətbiq etməli olacağıq. İstənilən halda vaksinasiyanı etmək lazımdır ki, ölüm halları və ağırlaşmalar olmasın. Eyni zamanda qorunma tədbirlərinə də əməl etməliyik”.

Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 7 611 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 508 115, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 103 091 təşkil edir.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir