hemle

Nazirlik ictimai dinləmə keçirəcək

Tarix:10-09-2021, 13:47
Baxış Sayı:263

Dövlət Ekoloji Ekspertiza Agentliyinə daxil olan sosial-infrastruktur və abadlıq işləri ilə bağlı tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi və müvafiq rəyin verilməsi məqsədilə 17 sentyabr 2021-ci il tarixində onlayn ictimai dinləmə keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislərin iştirakı ilə keçiriləcək ictimai dinləmədə Agentliyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetiriləcək, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinləniləcək.

Nazirliyin sözçüsünün sözlərinə görə, 2019-cu ildən başlayaraq Agentliyə təqdim olunan və əhali üçün xüsusi maraq kəsb edən mühüm ekoloji layihələrə şəffaflığın təmin olunması və ictimaiyyətin məlumatlandırılması məqsədilə ictimai dinləmələrdən, maraqlı tərəflərlə müzakirələrdən sonra rəy verilir.

“İctimai dinləmədə iştirak etmək istəyənlər 17 sentyabr 2021-ci il tarixində saat 15:00-da aşağıdakı linkə daxil olaraq müzakirələrə qoşula bilərlər”.

https://us05web.zoom.us/j/89798782477?pwd=bWUvN3hDZUJWeG00TWhyaGdheUtndz09

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi