hemle

Videosu yayılan Ramiz Göyüşov YAP-dan qovulacaq

Tarix:8-09-2021, 19:40
Baxış Sayı:256

“Ramiz Göyüşovun sosial şəbəkələrdə yayılmış, heç bir əxlaqi normalara sığmayan videogörüntüləri ilə bağlı böyük təəssüf hissi keçirir və hiddətlə qınayaraq bildiririk ki, onun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmiş hesabat konfransında artıq xitam verilib”.

Bunu Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev bildirib.

Qeyd edilib ki, YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı ilə yanaşı R.Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə isə YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında baxılacaq.

"Qafqazinfo" əlavə edir ki, Ramiz Göyüşovun sosial şəbəkələrdə intim görüntüləri yayılıb. Həmin görüntülərdə R.Göyüşov iş başında ikən mesenger vasitəsilə ona zəng edən "qadın" qarşısında soyunub. Maraqlısı isə budur ki, zəng edən və kamera qarşısında soyunan əslində, qadın deyil. Bu, sadəcə şantajçılar tərəfindən istifadə edilən proqramdır. Onu da bildirək ki, son günlərdə sosial şəbəkələrdə bu üsulla qurbana çevrilənlərin sayı artıb.

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi