hemle

Nazir 700 balı təhsilin keyfiyyəti hesab etmirsə... - Kim günahkardır?

Tarix:8-09-2021, 18:05
Baxış Sayı:283

“Bu il maksimal sayda abituriyent tələbə adını qazanıb”.

Bunu təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib. Nazir bildirib ki, 700 balı heç vaxt təhsilin keyfiyyəti hesab etməyib: “Qəbul planlarının 90 faizindən çoxunun dolması təhsil üçün yaxşı xəbərdir. Bəzi fənlərdə nəticələr ötən illərə nisbətən yuxarıdır”.

Maraqlıdır, bu gün ali məktəblərə qəbul imtahanında 700 bal təhsilin keyfiyyəti hesab edilmirsə, bəs təhsilin keyfiyyəti nəylə hesablanır? Əgər şagirdlər repetitor yanına gedərək hazırlaşıb həmin balı toplayırsa, bu, məktəblərdə tədrisin keyfiyyətsiz olmasının göstəricisi deyilmi?

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu Cebhe.info-ya bildirdi ki, şagirdin biliyinin balla ölçülməsi doğru deyil:

“Ancaq məsələ orasındadır ki, təhsilə hansı məzmun verirsən, hansı standart qoyursan? Həmin standartlar bu gün insanların həyatında özünü necə doğruldur? Cəmiyyət həmin standartlardan fayda görə bilirmi? Biliyin çox olsun, ancaq heç kimə lazım olmasın. O bilik doğrudan da cəmiyyətə lazım olmaz. Hazırda Azərbaycan hökuməti 10-15 bundan öncəki səhvləri düzəltmək istəyir. Yəni 15 il bundan əvvəl ali məktəblərin qapılarını sıxmışdılar, heç kimi qəbul eləmirdi və gənclər də hamısı xarici ölkələrə üz tuturdu. Onlar da Ukrayna, Rusiya, Çexiyada təhsil alırdılar və təhsil haqları da həmin ölkələrə axırdı. Bu vəsaitlər ölkədən çıxırdı. Hazırda ali məktəblərin qapılarını bir qədər açıblar, yəni asanlaşdırıblar. Asanlaşdırdıqları üçün bu gün 100 balla abituriyentlər ali məktəbə daxil olurlar.

Hesab edirəm ki, bal sistemində qiymətləndirmək üçün komissiyalar yaradılmalıdr. Komissiya hər il monitorinq aparmalıdır. Tərtib olunan ötənilki suallar komissiyaya təqdim olunmalıdır. Baxılmalıdır ki, 5 il bundan qabaq təqdim olunan sualla hazırkı sual arasında hansı fərq var. Əgər o fərqlər varsa, o zaman bal sistemini necə doğru hesab edə bilərik? O zaman doğru ola bilər ki, monitorinq aparılsın və nəticədə hər il qoyulan sualların əvvəlki ildən fərqi ortaya çıxsın. Ola bilməz ki, hər il eyni məzmunda suallar olsun. Deməli, təhsilin inkişafı yoxdur. Təhsili inkişaf etdirmək istəyirlərsə, müəyyən qədər, az-az çətinliyi artırılmış suallar olmalıdır. Ancaq bizdə özbaşınalıqdır, sualları istədikləri kimi qoyurlar. Bura vətəndaş çəmiyyətini qoşmaq lazımdır, bunu dövlət etməlidir, ancaq etmir”.

Ekspert deyir ki, bu gün Azərbaycan məktəbində yüksək təhsil verilmir:

“Bu gün “Matematika v şkole”, “Fizika v şkole”, yaxud “Kimya v şkole” jurnallarına baxdıqda, ilk baxışda ən sadə məsələlər yer alıb. Ancaq orada elə məqamlar var ki, onu nə düstur, nə də qələm, yalnız məntiqlə həll etmək olur. Bu, o deməkdir ki, məsələnin, tapşırıqların məzmununda elə yeniliklər var ki, həmin yeniliklər Azərbaycanda tətbiq edilmir. Bunu tətbiq edən şəxsləri tapmaq, mütəxəssislər hazırlamaq lazımdır. Bunun üçün klassik məktəb olmalıdır. Bunlar yoxdur, elə “köhnə hamam, köhnə tas”dır”.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ