hemle

Azərbaycanın etirazından sonra Rusiya geri addım atdı - Foto

Tarix:6-09-2021, 20:44
Baxış Sayı:262

Rusiyanın Azərbaycana qarşı təxribata yol vermiş satınalma sahəsi üzrə vahid dövlət portalı “Zakupki.gov.ru” etirazlara səbəb olan tender elanı ilə bağlı satınalmanı ləğv edib.

Azərbaycan ərazilərində müvəqqəti yerləşən rus sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumat silinməsə də, portal satınalmanı ləğv edib.

Qeyd edək ki, Rusiyanın dövlət portalında yer alan məlumata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin hərbi şəhərciyində xidmət barədə tender elan olunmuşdu. Elanda rus sülhməramlıların yerləşdiyi ərazi Azərbaycan ərazisi kimi deyil, “Dağlıq Qarabağ Respublikası” kimi göstərilib.

“Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Dağlıq Qarabağ Respublikası ərazisində yerləşən hərbi şəhərciklərinin kazarma-mənzil fondunda kompleks xidmətin təşkili və həyata keçirilməsi üzrə xidmətin göstərilməsi”, - deyə elanda qeyd olunub.
Azərbaycanın etirazından sonra Rusiya geri addım atdı - Foto

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı