hemle

Obyektlərə girişdə vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb edilə bilərmi? - RƏSMİ CAVAB

Tarix:6-09-2021, 12:09
Baxış Sayı:259

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində sentyabrın 1-dən etibarən iri ticarət mərkəzləri, hotel, mehmanxana və digər ictimai iaşə obyektlərinə daxil olan şəxs koronavirus infeksiyasına qarşı ən azı 1-ci dozanı qəbul etməlidir.

hemlemedia.az Trend-ə istinadən xəbər verir ki, həmin obyektlərə daxil olan şəxsləri polis əməkdaşları deyil, mülki şəxslər yoxlayır. Obyekt nəzarətçiləri vətəndaşdan COVID-19 pasportu ilə yanaşı, şəxsiyyət vəsiqəsi də tələb edir.

Mülki şəxsin vətəndaşın şəxsi məlumatlarını əldə etmək hüququ varmı?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin obyektlərə daxil olan vətəndaşların sənədlərinin yoxlanılmasında heç bir qanunsuzluq yoxdur:

"Bütün hallarda müvafiq qaydada iri ticarət mərkəzlərinə, mehmanxanalara və ictimai iaşə obyektlərinə daxil olarkən vətəndaşların COVID-19 pasportu ilə yanaşı, şəxsiyyətini təsdiq edən sənəd də üzərində olmalıdır.

Obyektə daxil olan şəxsdən COVID-19 pasportu və şəxsiyyət vəsiqəsi tələb edilməsində qanunsuzluq yoxdur. Şəxsiyyət vəsiqəsinin tələb edilməsi vətəndaşın COVID-19 pasportunda yazılan məlumatları dəqiqləşdirmək üçündür.

Əgər vətəndaşın üzərində COVID-19 pasportu və şəxsiyyət vəsiqəsi yoxdursa, bu zaman vətəndaş ad, soyad və ata adını düzgün təqdim etməli, belə halda həmin şəxsin vaksin olunub-olunmaması xüsusi mobil tətbiq vasitəsilə yoxlanılmalıdır".

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı