hemle

İbrahim həmin gün dənizə təsadüfən gedibmiş - Təfərrüat

Tarix:4-09-2021, 15:18
Baxış Sayı:275

Bakıda çimərlikdə boğulmaqda olan şəxsi sudan çıxarmaq istəyərkən həyatını itirən Əlahiddə Çevik Polis Alayının əməkdaşı, 21 yaşlı İbrahim Əlosmanov həmin gün 4 nəfəri ölümdən xilas edibmiş.

hemlemedia.az "Trend"ə istinadən xəbər verir ki, o, dənizə əslində çimməyə deyil, təsadüfən gedibmiş.

Məlumata görə, polis əməkdaşı sahildə olarkən dənizdə bir ailənin 5 üzvünün boğulmaq təhlükəsilə üzləşdiyini görüb. Özünü itirməyən İ.Əlosmanov dərhal dənizə girib və ilk cəhddə ailənin iki üzvünü xilas edib. Daha sonra o, daha iki nəfəri ölümdən qurtarıb sahilə çıxarıb. Həmin vaxt xilas etdiyi şəxslərdən biri qəflətən epilepsiya keçirib və həmin şəxsin dili qatlanıb. Polis əməkdaşı bu prosesdə də özünü itirməyib və həmin şəxsin həyatını təkrar xilas edə bilib.

Məlumatda bildirilir ki, İ.Əlosmanov 4 nəfəri xilas edəndən sonra yorulub taqətdən düşsə də, xilas edilənlər daha bir nəfərin dənizdə batmaq təhlükəsində olduğunu deyib. Yorğun olmasına baxmayaraq, polis əməkdaşı yenidən dənizə girərək həmin şəxsi də xilas etmək istəyib. Amma İ.Əlosmanov yorğun və halsız olduğundan sonuncu şəxsi xilas edə bilməyib. Dənizdə gücdən düşən polis əməkdaşı boğulan şəxsi tutsa da onu dənizdən çıxarmağa gücü çatmayıb. O həmin şəxsi köməksiz vəziyyətdə buraxmaq istəmədiyindən özü də onunla birlikdə boğulub. Küləkli hava şəraiti nəticəsində yaranan dalğa hər ikisini dənizin dərin yerinə atıb və onlar xilas ola bilməyiblər.

Qəhrəman polisin atası da ötən il vəfat edib.

Digər xəbərlər
09:38 İran prezidenti: "Bizə hücuma cəsarət etməmələri üçün..."
09:26 Terror xəbərdarlığı: bu ölkələr hərəkətə keçdi - Rusiya təyyarələrdə görün nə planlaşdırıbmış
09:24 Qırıcılar Ermənistana göndərildi: Vəziyyət hər an dəyişə bilər
09:20 Həlledici gün: Tramp və Harris qələbəni hansı yolla təmin edə bilər? - MÜMKÜN SSENARİLƏR
09:19 Bakıda mühüm sammit keçirilir
09:16 MİDA bu ərazilərdə güzəştli mənzilləri satışa çıxarır
20:31 Gürcüstanda müxalifət mitinq keçirir
15:51 3 milyon azərbaycanlı borc içindədir: Bankların inanılmaz fırıldağı