hemle

Növbəti günlərdəki hava proqnozu ilə bağlı RƏSMİ AÇIQLAMA

Tarix:3-09-2021, 13:53
Baxış Sayı:269

"Bu ilin avqust ayında 2010-cu ildən sonra ikinci ən uzun müddətli isti hava dalğası qeydə alındı. Ay ərzində havanın temperaturu iqlim normasından 5 dərəcə yüksək oldu. Zəif cənub-şərq və qızmar cənub küləkləri üstünlük təşkil edirdi. Hava daha çox Abşeron yarımadasında bürkü idi".

Bu fikirləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, nəhayət, sentyabrın 2-si axşama doğru ölkə ərazisinə azor antisiklonunun daxil olması nəticəsində hava şəraiti dəyişib:

"Xəzri əsdi. Bununla da havanın temperaturu aşağı endi. Respublikanın bir sıra rayonlarında güclü külək qeydə alındı. Küləyin maksimal sürəti Tovuzda 30 m/s, Tərtər, Naftalan, Gəncədə 28 m/s, Bakıda və Abşeron yarımadasında isə 24 m/s-ə çatdı. Bu gün gündüz saatlarında külək mülayimləşəcək. Lakin axşama doğru Bakıda və Abşeron yarımadasında yenidən küləyin 25-30 m/s-ə qədər güclənəcəyi proqnozlaşdırılır. Gecə saatlarında güclü külək davam etsə də, ayın 4-də səhər külək mülayimləşəcək. Sentyabrın birinci ongünlüyündə daha çox sərin hava üstünlük təşkil edəcək. Çünki artıq 6-sı axşam saatlarından başlayaraq birinci ongünlüyün sonuna kimi ara-bir güclənən şimal küləyinin üstünlüyü gözlənilir. Havanın temperaturu paytaxtda 28-30-31 dərəcədən yüksək olmayacaq".

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış