hemle

Şəhərlərarası nəqliyyatda COVID-19 pasportu tələb olunacaq - İtaliyada

Tarix:2-09-2021, 09:54
Baxış Sayı:270

İtaliyada COVID-19 pasportlarının məcburi olduğu sahələrin sayı artırılıb.

hemlemedia.az xarici KİV-ə istinadən xəbər verir ki, "Yaşıl pasport" adlandırılan sertifikatlar məktəblərdə və şəhərlərarası nəqliyyatda vətəndaşlardan tələb ediləcək.

Bununla yanaşı, İtaliya hökuməti ötən ayın əvvəlindən bir çox ictimai yerlərdə və tədbirlərdə COVID-19 pasportlarını məcburi edib.

Belə ki, COVID-19 pasportu olmayan müəllimlər məktəblərə buraxılmayacaq və buna görə 5 gündən artıq işə getməyənlər işdən kənarlaşdırılacaq. İşdən azad ediləcək müəllimlərin maaş və ya kompensasiya almaq hüququ olmayacaq.

Ölkədə, həmçinin daxili və xarici uçuşlarda, bölgələr arasında gedən gəmilərdə, şəhərlərarası nəqliyyatda və sürət qatarlarında səyahət etmək üçün də bu sənəd tələb olunacaq. Şəhər daxilində ictimai nəqliyyatda pasport tələb olunmayacaq.

Digər xəbərlər
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
11:52 Bu gün 33 dərəcə isti olacaq
11:36 Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər