hemle

“Bombalara qədər hər şeyi özümüz istehsal edirik” - Ərdoğan

Tarix:30-08-2021, 18:22
Baxış Sayı:339

“Bombalara qədər hər şeyi özümüz istehsal edirik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Müdafiə Nazirliyinin “Ay Yıldız” layihəsinin təməlqoyma mərasimində çıxışı zamanı deyib.

“Bu kimi layihələrin millət və dövlətlərin gücünün simvolu olduğuna inanıram. Bizim əsgərimiz vardı, ürəyimiz vardı, biləyimiz vardı, amma yetərli silahımız yox idi. Hardasa 40 ilə yaxınlaşan terrorla mübarizə prosesimizin ilk dönəmində eyni sıxıntılar səbəbindən ölkəmizin nə qədər ağır itkilər verdiyini ən yaxşı buradakı heyət bilir”, - o qeyd edib.

Ərdoğan Türkiyənin əvvəlkindən də sürətli şəkildə yoluna davam etdiyini bildirib: “Amma indi hər şeyi özümüz düzəldirik. İndi PUA-larımız, zərbə dronlarımız, hücum dronlarımız var. Artıq müdafiə sənayesi sahəsində ixraca başlamışıq. Artıq “nə verirsən?” yox, “nə alırsan?” deyəcəyik. Bunun üçün də bütün bombalara qədər hər şeyi özümüz istehsal edirik”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir