hemle

Əli Həsənovun işdən çıxarılan qaynının yerinə TƏYİNAT

Tarix:25-08-2021, 14:03
Baxış Sayı:275

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə yeni rəis təyin olunub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Elxan Süleymanlı təyinat alıb.

Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin sabiq rəisi Cəbrayıl Vəliyev xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə bir müddət öncə işdən çıxarılmışdı. Xatırladaq ki, C.Vəliyev Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun qaynıdır.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir