hemle

““Taliban” BMT-nin Əfqanıstanda qalmasını istəyib” - Ramiz Ələkbərov

Tarix:20-08-2021, 07:50
Baxış Sayı:256

Taliblər BMT-yə dəstək ifadə edib və təşkilatdan ölkədə qalmağı, humanitar fəaliyyəti davam etdirməyi xahiş ediblər.

Bu barədə “RİA Novosti”yə BMT-nin Əfqanıstandakı humanitar məsələlər üzrə əlaqələndiricisi Ramiz Ələkbərov bildirib.

Onun sözlərinə görə, BMT-nin Əfqanıstandakı humanitar ofisi ilə “Taliban” arasında praktiki əməkdaşlıq 18 ildir davam edir. “Biz bu müddətdə onlarla daim işləmişik. Və bizim humanitar fəaliyyətin həyata keçirilməsi ilə bağlı müəyyən əlaqələrimiz var”, - Ələkbərov deyib.

Onun sözlərinə görə, son günlər ərzində ofis və taliblər arasında hansısa yeni razılaşmalar olmayıb.

“Bizim iş əlaqələrimiz var. Onlar bizi həmişə dəstəkləməyə əmin edirlər. Onlar yenə də bizə dəstək verdilər və bizdən xahiş etdilər ki, burada qalmağa davam edək və humanitar yardım göstərək”, - Ələkbərov qeyd edib.

Bununla yanaşı, o əlavə edib ki, dəyişən vəziyyət şəraitində təbii ki, hansısa dəqiqləşdirmələr aparılacaq, detallar işlənəcək. “Lakin biz işlədiyimiz razılaşmalara hələlik yeni əlavələr yoxdur”, - deyə o bildirib.

Koordinator taliblərlə qarşılıqlı əlaqənin hansı məqamlarının danışılmasının planlaşdırıldığı barədə sualı cavablandırarkən qeyd edib: “İlk növbədə - bu, humanitar şəraitdə çalışan qadınlara iş yerlərinə çıxış imkanının verilməsi məsələsidir.”

Onun sözlərinə görə, bəzi ərazilərdə qadınlar belə maneələrlə üzləşirlər, amma hər şey hansı ərazidə kimin komandir olmasından asılıdır. “Hələ ki, mərkəzləşdirilmiş təlimatları görməmişik”, - deyə Ələkbərov əlavə edib.

Digər xəbərlər
09:39 Ağız və dişlərə qulluq nə üçün vacibdir?
09:37 "TikTok" yetkinlik yaşına çatmayanlara gözəllik filtrlərindən istifadəni qadağan edəcək
09:33 "Instagram"dan yeni sevindirici funksiyalar
09:28 Azərbaycanda 29 yanvara seçki təyin edildi
09:24 Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür
09:20 Namizədlərin irəli sürülməsi prosesi başlayır
09:18 Rusiya qüvvələri bu istiqamətdə müdafiə xəttini yardı - Hədəf Xarkovdur
09:09 Yunanıstan Rusiya silahlarını Ermənistana verir? - Zaxarovadan açıqlama