hemle

Bayden "Taliban"ı hədələdi: - "Hərbi cavab verəcəyik"

Tarix:16-08-2021, 17:28
Baxış Sayı:238

ABŞ-ın Əfqanıstandakı diplomatik missiyasının əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün bu ölkəyə 5 min hərbçi göndərib.

Bu barədə ABŞ rəhbəri Cozef Bayden bildirib.

Prezident qeyd edib ki, Əfqanıstana 5 min hərbçinin göndərilməsi barədə əmr verib. Bununla bağlı qərar kəşfiyyatçıların, hərbçilərin və siyasətçilərin tövsiyəsi əsasında qəbul edilib.

Birləşmiş Ştatların rəhbəri eyni zamanda "Taliban"a hədələyici mesajlar verib. Ağ Ev rəhbəri qeyd edib ki, ABŞ Əfqanıstandakı diplomatik heyətini təhlükə altına qoyan istənilən addıma hərbi əməliyyatla cavab verəcək:

"Əfqanıstanın ərazisində onlar tərəfindən ABŞ-ın personalını və ya bizim missiyamızı təhlükə altına qoyacaq istənilən hərəkətlər ABŞ-ın sürətli və qətiyyətli hərbi cavabı ilə qarşılanacaq".

ABŞ prezidenti qeyd edib ki, bu barədə taliblərin nümayəndələrinə Dohadakı danışıqlar zamanı bildirilib.

Qeyd edək ki, ABŞ Əfqanıstdakı diplomatik missiyasının əməkdaşlarını ölkədən təxliyyə edir. Buna səbəb "Taliban"ın Əfqanıstan şəhərlərinin əksəriyyətini ələ keçirməsidir.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı