hemle

FHN Qəbələdə dağlıq ərazidəki yanğınla bağlı MƏLUMAT YAYDI

Tarix:19-08-2021, 18:05
Baxış Sayı:235

Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi sayəsində Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının genişlənməsinin qarşısı alınaraq nəzarət altına alınması mümkün olub.

FHN-dən verilən məlumata görə, hazırda ərazidə bəzi tüstülənmə mənbələrinin tam söndürülməsi və soyutma işləri həyata keçirilir.

Qeyd edək ki, relyefin mürəkkəbliyi və mütəmadi güclənən küləkli hava şəraiti yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğının tam söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq həyata keçirilir.

Yanğınla mübarizə tədbirlərinə, ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edir.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir