hemle

FHN 2 istilik elektrik stansiyasını mühafizəyə götürdü

Tarix:5-08-2021, 19:55
Baxış Sayı:264

Məlum olduğu kimi, Türkiyənin Muğla vilayətinin Milas rayonunda meşəlik ərazidə baş vermiş yanğın genişlənərək Kəmərköy istilik elektrik stansiyasında (İES) yanğına səbəb olub.

FHN-dən verilən məlumata görə, bununla əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyədə olan yanğın-xilasetmə qüvvələri yerli qüvvələrlə birlikdə İES-də baş verən yanğını bu gün səhər saatlarında söndürməyə müvəffəq olub. Bununla da yanğının yaxınlıqda yerləşən Yeniköy İstilik Elektrik Stansiyasına keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, hər iki istilik elektrik stansiyasının bölgənin elektrik enerjisi ilə təchizatında oynadığı strateji rolu nəzərə alınaraq, Kəmərköy və Yeniköy stansiyaları Azərbaycan FHN-in qüvvələri tərəfindən yanğından mühafizəyə götürülüb. Bununla əlaqədar FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən nazir müavini general-leytenant Etibar Mirzəyev stansiyaların yanğına qarşı etibarlı mühafizəsinin təşkili məqsədilə yerli məsul vəzifəli şəxslərlə görüşərək göstərilən istiqamətdə fikir mübadiləsi aparıb, atılacaq qabaqlayıcı addımlar müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hazırda qardaş ölkədə yanğınlarla uğurla mübarizə aparır.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir