hemle

Türkiyədə yanğınla bağlı son vəziyyət

Tarix:2-08-2021, 09:58
Baxış Sayı:257


Türkiyədə 3 vilayətdə 7 meşə yanğını hələ də davam edir.

Bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib. Onun sözlərinə görə, son 5 gündə 32 əyalətdə baş verən 119 yanğın nəzarət altına alınıb.

Bildirilir ki, Antalyanın Gündoğmuş və Manavqat, Muğlanın Marmaris, Köyceğiz, Milas və Seydikemer bölgələrində və Tuncelidə meşə yanğınlarını söndürmək üçün havadan və qurudan müdaxilə davam edir.

Muğlanın Milas bölgəsində Beyciler məhəlləsində meşəlik ərazidə başlayan yanğın qısa müddətdə yayılıb. Alovlar Çökertme, Bozolan, Fesleğen, Gökbel ve Türkevleri məhəllələrinə sıçrayıb.

Mersinin Silifke bölgəsində isə 3 gün əvvəl başlayan meşə yanğınını nəzarətə almaq mümkün olub.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir