hemle

Həsənbala Sadıqov: İnstitusionallaşdırılmış nifrətin tarixi və etnik mənsubiyyətinə dair

Tarix:31-07-2021, 09:46
Baxış Sayı:312

Ermənistan nümayəndə heyətinin üzvü AŞPA-da 2021-ci il apreldə Qarabağ məsələsi müzakirə olunduqda heç bir elmi və maddi əsas göstərmədən çıxışında deyir: “Azərbaycan son 80 ildə Avropada heç bir ölkənin etmədiyini edib: ermənilərə qarşı nifrəti institusionallaşdırıb.”
Bu fikir tədqiqatçıları, hətta adi vətəndaşı da ermənilərin son 200 ildə azərbaycanlılara qarşı olan nifrətinin nəticələrinə baxmağa məcbur etdi. Faktlara ötəri nəzər saldıqda məlum olur ki, ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi ilə əslində faktiki soyqırımı tarixi başlamışdır. Son 30 ildə Ermənistan işğal etmiş olduğu coğrafiyada və xüsusi ilə Qərbi Azərbaycanda soyqırımı həyata keçirmişdir. Son 5 min ildə Azərbaycan türklərinin yaratdığı maddi mədəniyyət nümunələri məhv edilmişdir. Əslində Ermənistanda türk düşmənliyi institusionallaşdırılmışdır.
Kitablarda, mətbuatda, televiziya və radioda proqramlarında türk düşmənçiliyi dövlət siyasəti olaraq açıq təbliğ edilir. Azərbaycan türklərinin izi-tarixi abidələri, xüsusi ilə məscidlər, müqəddəs yerlər hər yerdə dağıdılıb. Ölkədə reklam olaraq türk düşmənliyi təbliğ edilir. Türküz Ermənistan yaradılmasına nail olublar. Azərbaycanda isə Bakının mərkəzində erməni kilsəsi mühafizə edilir. Onda olan tarixi yadiğarlar çox ciddi nəzarətdədir. Bizdə erməniyə qarşı nifrət təbliğatı yoxdur. Ermənilər Azərbaycanda sərbəst yaşayırlar. Bütün qeyd olunanlar təsdiq edir ki, Ermənistanda türk düşmənçiliyi institusionallaşdırılmışdır.
Ədalətlə yanaşılsa Azərbaycan türkləri ermənilərə qarşı nələri etmişdir, nələri etməmişdir? Azərbaycan türkləri ermənilərlə etnik toplum olaraq 1828-ci il Türknənçay və 1829-cu il Ədirnə müqavilələrindən sonra tanış olmuşdur. O vaxta qədər erməni xalqının olduğundan xəbərdar olmuşdular bizim insanlar. Sənətkarlar və tacirlər içərisində az sayda erməni nümayəndələri var idi. Onlar “qara işlərdə“ istifadə olunurdu. Bizim cibində bəylik pasportu olanlarımız təsərrüfat işlərini qəbul etmir, “Hacı Qara” dramındakı kimi “mən erməni deyiləm ki, əkin əkəm” yanaşmasına sahib olanlar var idi.
Burada əsas məsələ azərbayanlılarla ermənilər arasında olan münasibətdir. Ermənilər Qacarlar torpağlarından və Osmanlı dövlətindən planlı surətdə Rusiya tərəfindən yeni işğal edilən Azərbaycan torpaqlarına köçürüləndə azərbaycanlılar torpaqlara sahib olsalar da dövləti-siyasi kimliyi yox idi. Lakin buna baxmayaraq neçə min illər idi ki, yaşadıqları və ermənilər yerləşdirilən torpaqların sahibi idilər. Sahib olmalarına baxmayaraq ermənilər yerləşdikləri torpaqları işğal etməmişdilər. Onlar işğalçı Russiyanın himayəsi altında Azərbaycan torpaqlarına yerləşdirilirdilər.
Ermənilərin Qafqazda-Azərbaycan torpaqlarına köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin uzun illərdən planlanan, qanunauyğun nəticəsi idi. Ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsini çox halda güya “Rusiyanın ciddi ehtiyac duyduğu ticarət əlaqələrinin təşkil edilməsi olduğunu” iddia edirlər. Əslində başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi.
Ermənilərin Qafqazda- Azərbaycan torpaqların da məqsədli yerləşdirilməsi planlı olaraq I Pyotrla başlamışdır. I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqaz dan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində vasitəçi (indi diplomatiyada “beşinci qüvvə” və ya “beşinci kolon” deyilir-HS) rolunu oynayacaqdılar.
Hətta I Pyotrun bu planının bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadıqları yerlərdən didərgin salmaq əmri də almışdılar. Azərbaycanlılarla ermənilər arasında insanlararası münasibətlərin pozulması belə başlandı. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu, ertələməyə məcbur etdi.
Məşhur rus diplomat, həqiqətə- bizə münasibətlə əlaqədar başabəla Aleksandr Qriboyedov, Rusiya İmperiyasının İrandakı səfiri, ermənilərin Cənubi Qafqaza köçürülməsində aktiv iştirak etmişdir. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: “Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin (burada bir az yanlışlıq var. Azərbaycanda sahibkar torpaqları və dövlət torpaqları var idi. Adi sahibkar olmayan kəndlilərin də istifadə etdikləri torpaqlar var idi-HS) ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz həmiçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalamayacaqlar”.
Necə olmalıdır Qriboyedovun qeyd etdiyi kimi” onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar.” Torpaqlarından çıxarılanlar torpaqdan çıxaranın münasibəti necə olmalıdır? Bu suala şübhəsiz ki, erməni siyasilərinin cavab verməsi demək olar ki, mümkün deyildir. Aərbaycan torpaqlarında ermənilərin yerləşdirilməsinin ilhamçısı və icraçılarından biri olan “başabəla yazıçı” mərkəzə olan məlumatlarında bir çox mətləbləri də etiraf etməkdən də çəkinmirdi.
Bu etirafların heç vaxt açılmayacağını düşünürdü. Ermənilərin yerləşdirilməsi prosesi torpaqla təmin olunmaları ağır olan Azərbaycan kəndlilərinin vəziyyətini çıxılmaz etmişdir. Bu vəziyyət Qriboyedov başda olmaqla müstəmləkə hakimiyyətinə gizli deyildir. Buna uyğun olaraq ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsinin metodikası da hazırlanmışdır. Qriboyedov mərkəzə yazırdı: ”Biz həmiçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa çalışmalıyıq.” Əslində fikri açması bundan ibarətdir ki, azərbaycanlıları əsarətlə bərabər, torpaqlarının əllərindən alınmasına alışdırmaq lazım idi.
Deməli, uzun illər təriflədiyimiz yazıçı Qriboyedov da ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi ilə əlaqədar azərbaycanlıların “düşdükləri çətin vəziyyətlə” nəinki taniş idi. Əslində müstəmləkəçiliyin Azərbaycan torpaqlarında yeni meydana gələn formasının təşkilatçısı idi. Hətta Azərbaycan torpaq sahiblərini aldadır və əbədiləşdirməyə çalışdıqları müstəmləkəçilik müqabilində onlarda belə bir fikir yaratmağa çalışırdılar ki,” bu çətinliklər uzun sürməyəcək”.
Çətinliklərin uzun sürməyəcəyini müstəmləkə hakimiyyəti nə ilə əlaqələndirirdilər? Azərbaycan əhalisi min illərlə istifadə etdikləri torpaqlardan müstəmləkəçilər və ermənilər tərəfindən məhrum edilmişdilər. Qriboyedov bütün sənədlərdə təlimat olaraq verirdi ki, onları(torpağı əlindən alınanları-HS) inandırmağa çalışmalıyıq ki, ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalamayacaqlar”. Çox maraqlıdır ki, müstəmləkə hakimiyyəti ermənilərin Azərbaycan torpaqlarına yerləşməsinə qarşı etirazları amansızcasına cəzalandırırdı.
Rusiya imperiyasının Qafqazda, Azərbaycan torpaqlarında başlanan müstəmləkəçilik siyasəti amansızlıq dərəcəsinə görə dünya tarixində analoqu olmayanlardandır. Bu məsələni izah etmək üçün rus və ya Azərbaycan mənbələrindən alınan faktlarla deyil, haradasa bitərəf olaraq görünən mənbələrdən istifadə edək.
Anadolu və Qafqaz ilə əlaqədar Amerikada fundamental əsərlər yazmış tarixçi Castin Makkartiyə müraciət edək. Castin Makkartinin yazılarında Cənubi Qafqazda, daha doğrusu Azərbaycanda Rusiya tərəfindən köçürmə prosesində erməni koloniyalarının yaradılması haqqında bunları demişdir: “1828-1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyirinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirişmişdir….”
Əslində Rusiyanın ermənləri Azərbaycan torpaqlarına yerləşdirməsi əvvəldən planlaşdırıldığı kimi “1828-1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyirinə dəyişmək siyasəti nəticəsində” ermənilərin sayı sürətlə artırılmışdır.
Amerika tarixçisinin qeyd etdiyi kimi “iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmişdilər.” Uzun illər Rusiya mənbələri, konkret halda statistikası azərbaycanlıların neçə min illərlə yaşadığı torpaqlardan qovulmasını gizli saxlamışdır. Lakin fakt bundan ibarətdir ki, ermənilər məskunlaşdıqları yerlərdə hakimiyyətin əli ilə və şəxsi təşəbbüsləri ilə yerli əhalini sıxışdırırdılar.
Azərbaycanlılardan “təmizlənmiş” ərazilərin coğrafiyasına fikir versək Amerika aliminin tezisi təsdiq olunar. Ermənilər Qərbi Azərbaycanda qədim türk yurdunu zor ilə sahiblərindən almışlar. Bu gün Ermənistan dünyada az rast gəlmək olan monoetnik respublikadır. Ermənilər Azərbaycanın yaşadığı müxtəlif yerlərində əhalini ata baba torpaqlarında çıxarmıağa nail olmuşdular. Amerika aliminin qeyd etdiyi ki, sıxışdıra bilmədikdə ermənilər qətl etməkdən də çəlkinmirdilər. Ona görə də Amerika alimi qeyd edir ki, “dəqiq məlum olmayan sayda insan isə qətlə yetirişmişdir….””Şahidlər” Qubada, Bakıda, Şamaxıda 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı qətliamıdır. Qətliam sonrakı illərdə də davam etmişdir. Xocalı qətliamının dünyanın gözü qabağında qanı axmaqda davam etməkdədir. 30 il əsarətdə saxladığı torpaqlarda Ermənistan nə qədər qətllər törətmişdir?
Əslində biz fərqli şəkildə adlandırsaq da Amerika tarixçisinin qeyd etdiyi kimi Rusiya yeni işğal etdiyi Azərbaycan torpaqlarında erməni koloniyaları yaratmışdır. Erməni koloniyalarının sirrini Amerika alimi, obyektiv tədqiqatçı Castin Makkarti çox doğru müəyyən edilmişdir. Bu cür yanaşma elmdə yenilikdir. Ermənilərin Azərbaycan torpaqlarında yerləşməsinin erməni koloniyası forması adi yerləşmədən bir sıra üstünlüklərə sahib idi. Əhalinin Qafqazda Azərbaycan torpaqlarına adi yerləşməsi əsaslı nəticə verə bilməzdir. Lakin erməni koloniyalarının təşkili bir neçə tərəfdən Azərbaycan torpaqlarına yerləşənlər üçün əhəmiyyətli idi.
Erməni koloniyalarının yaradılması koloniyalar arasındakı əlaqələrə mobillik verirdi. İkincisi. erməni liderlərinə erməni koloniyalarını idarə etməkdə yeni imkan yaradırdı. Üçüncüsü, erməniləri istənilən vaxtda müharibə məsələsinə cəlb edə bilirdilər. Dövləti olmayan ermənilər Osmanlı dövlətində və Rusiyada hərbi birliklər də təşkil edə bilirdilər. Dördüncü, koloniyaların yaranması ümüumerməni həmrəyliyi nin təşkil edilməsinə də qüvvətli təsir göstərirdi
Azərbaycanın Qalib Vətən müharibəsindən sonra Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında “Erməni hərbi əsirləri, digər əsirlər və köçkünlər” adlanan mövzu müzakirə edilib. Əslində beynəlxalq təşkilat mövzunu düzgün seçməmişdir. Müharibə bir tərəfin özü ilə olmur. Müharibə iki tərəfin arasında getdiyindən hər iki tərəfdə olan “hərbi əsirlər və köçkünlər” haqqında məsələ gündəliyə daxil edilməli idi. Yenə də ikili standartlı yanaşma davam edir. Erməni tərəfi və onların havadarlıarı bütün məsələləri-iqtisadi, hərbi məsələlərin də müzakirəsini siyasiləşdirirlər. Məsələ azad edilmiş torpaqlarda ermənilərin terrorçuluq fəaliyyətindən-cinayətkarlardan, həbs olunmuş cinayətkarlardan getdiyi halda ermənilər və onların havadarları onları da mexaniki olaraq “hərbi əsirlər” qrupuna daxil etməyə çalışırlar. Terrorçulara Azərbaycan məhkəmələrinə “hərbi əsir” kimi yanaşmasını təklif edirlər. Azərbaycana qarşı müharibəni ilk başlayan Ermənistan ilk hərbi əsirlərini də vermişdirAzərbaycan respublikasının prezidenti İlham Əliyev Almaniyanın ARD televiziyasına müsahibəsində Ermənistandan alınan hərbi əsirlər haqqında demişdir:. “İkinci cəhd avqust ayında baş vermişdir. Ermənistan diversiya qrupu göndərmişdir, onun başçısı tərəfimizdən saxlanılmışdır və o, ifadə vermişdir ki, mülki şəxslərə hücum etmək üçün göndərilmişdir.”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında “Erməni hərbi əsirləri, digər əsirlər, köçkünlər və itginlər” adlanan mövzu müzakirə edilib. Üçtərəfli bəyanatdan bəri, azad edilmiş torpaqlarda minalardan 20 mülki azərbaycanlı ölüb və onların sayı artmaqda davam edir. Bu, hərbi cinayətdir. Ermənistan cavab verməlidir. Əslində tarixi reallıq bundan ibarətdir ki, bu kimi müzakirələr mənbələrdə də qeyd edildiyi kimi “Azərbaycanla Ermənistan arasındakı dövlətlərarası münasibətlərə zərər vura bilər, nəinki kömək edər”.
Üçtərəfli 10 noyabr bəyannaməsi Ermənistan ilə Azərbaycan arasında müharibəyə faktiki olaraq son qoyub. Lakin mühüm məsələ Ermənistanda siyasilərin apardıqları antiazərbaycan və revanşist təbliğatdır. Buna görə də əsas və tələb olunan məsələyə- “Ermənistan cəmiyyətinin azərbaycanlılara qaşrı nifrət və düşmənçiliyinə son qoyulmayıb”. Sanki bir sıra dövlətlər, o cümlədən əksər hallarda onların mənafeyini və diktəsini icra edən beynəlxalq təşkilatlar da düşmənçiliyin davam etməsində maraqlıdırlar. Düşmənçilik davam etdikcə dünyanın aparıcı dövlətlərinin və beynəlxalq təşkilatların münaqişə olan bölgədə “hakimlik missiyasına” ehtiyac yaranırHələ də “Amnesty International” və “Human Rights Watch” kimi təşkilatlar hadisələrə çox halda sanki Ermənistan tərəfindən baxırlar.
Ermənistan heyyətinin nümayəndələri Azərbaycanda saxlanan erməni hərbçilər məsələsinə terrorçuları ayırmadan AŞPA-nı Azərbaycan nümayəndə heyətinə “təzyiq etməyə” çağırıblar. Beynəlxalq təşkilatı fəallaşdırmaq üçün”o hərbi əsirlər fransız və alman olsaydı nə edərdiniz?” kimi qızışdırıcı təkliflər də irəli sürürlər erməni nümayəndələri. Bu, Azərbaycan tərəfə açıq təzyiqdən başqa bir şey deyildir. Nifrətdən kor olmuş, nifrəti institutsionallaşdırmış erməni siyasətçiləri və onların havadarları buna görə də ədalətli qərar qəbul edə bilmirlər.

Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?