hemle

Vaksindən nə qədər müddət sonra antitel səviyyəsi enir?

Tarix:27-07-2021, 22:24
Baxış Sayı:284

London Universiteti Kolleci vaksinasiyadan sonra antitellərin vəziyyəti ilə bağlı araşdırma edib.

Araşdırmanın nəticələri “The Lancet” elmi jurnalında nəşr olunub.

Araşdırmanın nəticələrinə görə, tam vaksinasiya olunmuş şəxslərdə ümumi antitel səviyyəsi artıq 6 həftədən sonra azalmağa başlayır və 10 həftə ərzində 50%-dən çox enə bilər.

Mütəxəssislər 600 nəfərin məlumatlarını təhlil edib və belə bir nəticəyə gəliblər ki, “Pfizer” vaksininin iki dozasını qəbul edən şəxsdə antitel səviyyəsi “AstraZeneca” vaksinində qeydə alınan göstəricidən əhəmiyyətli dərəcədə çoxdur.

Bununla yanaşı, alimlər qeyd edir ki, antitel səviyyəsinin enməsi ilə bağlı kliniki nəticələr hələ ki, aydın deyil. Bu səbəbdən də burada koronavirusa qarşı mübarizə səviyəsinin enməsini deyə bilmərik.

Digər araşdırmaların nəticələrinə görə isə, vaksinlər COVID-19 infeksiyasının ağır formalarının qarşısını almaqda da effektiv olaraq qalır.

Digər xəbərlər
22:06 Bakı ilə saziş imzalanmalı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır - Rəsmi İrəvan
22:05 Robotlar sınaqdan keçdi: Onlar indi insanlar qədər ağıllıdırlar
22:04 Yeni müharibəyə hazırlaşırlar: prosesə bu üç ölkə rəhbərlik edir
22:03 Ceyhun Bayrmaov Yvan Gillə görüşdü
22:03 Sağlamlıq Gecə yemək yeyənlərin diqqətinə: bu xəstəliyə tutula bilərsiniz
22:02 Ceyhun Bayramov venesuelalı həmkarı ilə müzakirələr apardı
22:01 Azərbaycanda zəlzələ oldu
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam