hemle

Polad Həşimovun adına park istifadəyə verildi

Tarix:22-07-2021, 10:27
Baxış Sayı:288

Bu gün Bakının Xətai rayonunda Vətən müharibəsi şəhidi, general-mayor Polad Həşimov adına park istifadəyə verilib.

Bir müddət öncə rayon icra başçısı Rafiq Quliyevin müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun sərəncamı ilə Naximov küçəsinin adı dəyişdirilərək Polad Həşimov küçəsi adlandırılıb.

Həmin küçədə yerləşən parka Polad Həşimovun adı verilib və əsaslı təmir edilib. Parkda Polad Həşimov və digər 8 nəfər Vətən müharibəsi şəhidinin xatirəsini əks etdirən lövhə quraşdırılıb.

Parkda azyaşlılar, yetkinlik yaşda olanlar və yaşlı əhali üçün istirahət attraksionları quraşdırılıb. Bundan başqa, parkla yanaşı olan üç həyətyanı sahə də abadlaşdırılıb. Burada şahmat, mini futbol meydançaları və uşaqlar üçün əyləncə attraksionları quraşdırılıb. Məlumata görə, həyətyanı sahələr “IDEA” İctimai Birliyinin tövsiyə etdiyi standartlara uyğun abadlaşdırılıb.

Polad Həşimovun anası da parkın açılışında iştirak edir.

Qafqazinfo.az






Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir