hemle

Tofiq Yaqublunun ev dustaqlığı ləğv edildi

Tarix:15-07-2021, 18:09
Baxış Sayı:301

Bu gün Bakı Apellyasiya Məhkəməsində siyasətçi Tofiq Yaqublunun ittiham olunduğu cinayət işi üzrə qərar elan olunub.

hemlemedia.az xəbər verir ki, T.Yaqublunun qızı Nigar Həzi bildirib ki, atasına 2 il 6 ay sınaq müddəti olmaqla şərti azadlıqdan məhrum etmə cəzası verilib.

Onun barəsindəki ev dustaqlığı qərarı ləğv edilib.

İttihama görə, ötən il martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

Daha sonra T.Yaqublu avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb.

T.Yaqublu ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.

2020-ci il sentyabrın 3-də Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə etiraz olaraq aclıq aksiyası keçirdikdən sonra sentyabrın 18-də ev dustaqlığına buraxılıb.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir