hemle

Azərbaycanda iki nazirlik birgə təlimlər keçirdi - FOTO

Tarix:10-07-2021, 11:48
Baxış Sayı:309

Meşə yanğınlarının qarşısının alınması, yanğınla mübarizə üsullarının təkmilləşdirilməsi və bu sahədə koordinasiyanın gücləndirilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Quba və Xaçmaz rayonlarının Yanğından Mühafizə hissələrinin və Şahdağ, Samur-Yalama milli parklarının əməkdaşlarının iştirakı ilə təlimlər keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı birgə məlumatda qeyd edilib.

Təlimlərin keçirilməsində məqsəd yanğın zamanı əməliyyat şəraitinin operativ qiymətləndirilməsi, yanğına çevik müdaxilə, qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sahəsində məsul əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.

Təlimlər zamanı dağlıq və çətin relyefə malik ərazilərdə baş verə biləcək meşə yanğınlarının söndürülməsində istifadə olunan zəruri texnika, avadanlıq və ləvazimatlardan istifadə qaydaları, o cümlədən meşə yanğınlarının söndürülməsi üsulları yanğınsöndürənlər tərəfindən milli parkların əməkdaşlarına izah olunub.

Eyni zamanda, qüvvə və texnikaların dərhal yanğın baş vermiş əraziyə cəlb olunması, yanğının söndürülməsi, geniş ərazilərə yayılmasının qarşısının alınması və yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib.



Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir