hemle

Azərbaycan və Türkiyə HHQ-i arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib - VİDEO

Tarix:6-07-2021, 18:22
Baxış Sayı:350

İyulun 6-da Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən bildirilib ki, general-leytenant R.Tahirov ölkələrimizin hərbi aviasiya sahəsində əməkdaşlığının və HHQ-i arasında əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.

Ordu generalı H.Küçükakyüz Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Tərəflər son aylar ərzində Türkiyənin Konya şəhərində keçirilmiş “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə və “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimlərində əldə edilmiş nəticələri yüksək qiymətləndirərək bu cür təlimlərin hər iki ölkənin HHQ-nin arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə xidmət etdiyini vurğulayıblar.

Görüşdə Azərbaycan və Türkiyə HHQ-i arasında əlaqələrin hazırkı vəziyyəti və genişləndirilməsi məsələləri müzakirə olunub, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrdə əməkdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir