hemle

190 manat kimlərə və hansı şərtlərlə veriləcək?

Tarix:22-06-2021, 22:27
Baxış Sayı:265

Xəbər verdiyimiz kimi, Dünya Bankı pandemiya ilə bağlı aztəminatlı ailələr üçün pul ayırıb. Bəs bu pul kimə və hansı şəkildə veriləcək?

İqtisadçı ekspert Elmir Səfərli bildirib ki, monitorinqlərdən sonra 190 manatın kimə düşdüyü bilinəcək:

“Bu, Azərbaycanda məşğulluğa dəstək lahiyəsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin müəyyənləşdirdiyi prioritet faktorlar əsasında olacaq. Bunun üçün də xüsusi işçi qrupu yaradılacaq. Bu işçi qrupu əhalinin gəlirlilik səviyyəsini yoxlayacaq və bu layihə üçün veriləcək olan məbləği müəyyənləşdirəcək. Burada insanların iş yeri, ailə üzvləri, adambaşına düşən gəlirlərin monitorinqi aparılacaq. Ondan sonra 190 manatın kimlərə düşdüyü bəlli olacaq.

190 manatdan əlavə, Dünya Bankının pandemiya dövründə zərər çəkən şirkətlərlə bağlı ayırdığı maliyyə vəsaitləri də var. Bu da eyni qaydada uyğunlaşdırılacaq ki, pandemiya dövründə ən çox zərər çəkən şirkətlərə yardım ayrılsın. Əsas meyar isə fiziki şəxslərə verilən ödənişlərdir”.///sonxeber.az

Digər xəbərlər
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?
09:47 COP29-un ticari-iqtisadi sahələrə təsiri necə oldu? - Ekspertlərdən AÇIQLAMA