hemle

"Ermənistanın bu mövqeyi bölgədə sülhün təmin olunmasına başlıca maneədir" - XİN

Tarix:18-06-2021, 11:41
Baxış Sayı:296

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan XİN-in Şuşa Bəyannaməsi ilə bağlı açıqlamasını şərh edib.

Azərbaycan XİN-in açıqlamasında deyilir:

Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsini şərh edərək bu sənədin erməni xalqına qarşı yönəldiyini iddia edən Ermənistan XİN-i hələ də Ermənistanın onilliklər ərzində davam edən təcavüzkar siyasətinin, qonşu dövlətin ərazilərinə olan iddialarının, xalqın rifahına deyil, bir qrup insanın maraqlarına xidmət edən siyasət yürütməsinin və nəhayət, sərgilədiyi revanşist mövqeyinin məhz erməni xalqına qarşı olduğunu dərk etmir. Ermənistanın bu barışmaz mövqeyi bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına başlıca maneədir.

Beynəlxalq hüququn fundamental normalarını, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını onilliklə ərzində kobud şəkildə pozan, bir milyonadək azərbaycanlının insan hüquqlarını heçə sayan Ermənistan XİN-inin indi beynəlxalq hüquq normalarından danışması riyakarlığın son həddidir. Beynəlxalq hüquqa istinad edən Ermənistan, ilk növbədə ona hörmət etməyi öyrənməlidir.

Azərbaycan və Türkiyə liderləri tərəfindən təklif edilən regional əməkdaşlıq platformasını rədd edən Ermənistanın XİN-in, bunu “erməni xalqına qarşı təhlükə” və “bölgə üçün təhdid” bəhanələri altında təqdim etməsi isə Ermənistanın sülh, əməkdaşlıq, inkişaf meyllərindən nə qədər uzaq olduğunu açıq şəkildə nümayiş etdirir.

Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi ilə bölgədə yeni vəziyyət formalaşıb və regional əməkdaşlığın həyata keçirilməsi üçün unikal imkanlar yaranıb. Bu vəziyyəti dərk edərək, əməkdaşlıqdan faydalanmaq və ya bunun əksi artıq Ermənistanın verəcəyi qərardır. Azərbaycan və Türkiyə isə Şuşa Bəyannaməsində də ehtiva olunduğu kimi, “beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərini davam etdirəcəklər”.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ