hemle

Abel Məhərrəmovun restoranında toy keçirildi - DİN-dən AÇIQLAMA

Tarix:12-06-2021, 15:07
Baxış Sayı:298

Bakı Dövlət Universitetinin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmova məxsus "Mona Liza" restoranında keçirilən toya görə Daxili İşlər Nazirliyi hərəkətə keçib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, iyunun 11-də Nərimanov rayonunda yerləşən "Mona Liza" restoranında toy keçirilməsi ilə bağlı məlumat təsdiqini tapıb:

"Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb. Müəyyən edilib ki, iyunun 11-də saat 19:00-dan 22:30-dək müddətdə azsayda qonağın iştirakı ilə toy mərasimi keçirilib. Onlar hər ikisi barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib. Restoranın müdiri Şəmsi Şıxıyev 4 min manat cərimələnib, administrator Musa Balazadə barəsində də protokol tərtib edilib.

Toy iştirakçısı olan təxminən 20 nəfərə xəbərdarlıq edilib və xüsusi karantin rejimi dövründə belə mərasimlərin keçirilməsinin yolverilməz olduğu bildirilib".

Qeyd edək ki, Abel Məhərrəmov ötən il AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi üçün də cərimə edilmişdi.

Digər xəbərlər
09:35 Nüvə partlayışı zamanı harada gizlənək? - Alimlər müəyyən yerləri sadaladılar
09:27 "YouTube"dan bəzi istifadəçilərə qarşı sərt sanksiyalar
09:23 Bu gün 33 dərəcə isti olacaq
09:18 Türkiyədən hərbi sahədə NÖVBƏTİ UĞUR - İlk yerli atom sualtı qayığı...
09:15 Bu cihaz sayəsində ölümcül xəstəliklərdən qurtulmaq olacaq - TİBBDƏ İNQİLAB
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT