hemle

Rəşad Dağlı növbəti dəfə karantini POZDU

Tarix:20-04-2021, 18:27
Baxış Sayı:297

Tanınmış meyxanaçı Rəşad Dağlı (Əmirov Rəşad Vaqif oğlu) növbəti dəfə karantini pozub.

hemlemedia.az report-a istinadən xəbər verir ki, aprelin 19-da Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı "Quba city" restoranında məclis təşkil edildiyi aşkarlanıb.

Araşdırma zamanı məlum olub ki, məclisdə meyxanaçı Rəşad Dağlı da iştirak edib.

Rəşad Dağlı və onun dostları karantin qaydalarını pozduqları üçün ümumilikdə 82 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Qeyd edək ki, Rəşda Dağlı ötən ilin avqust ayında da karantin qayalarını pozduğu üçün cərimələnmişdi. O, avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat etmiş meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində iştirak etmişdi.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı