hemle

İcra nümayəndəsinin qohumu karantin qaydalarını pozdu

Tarix:2-12-2020, 09:45
Baxış Sayı:308

Kürdəmir rayonunda karantin qaydalarını kobud şəkildə pozaraq yas mərasimi təşkil edən şəxslər aşkar olunaraq saxlanılıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir rayon Sığırlı kənd inzibati ərazi dairəsinin icra nümayəndəsi Əmirov Eyyub Əmir oğlu kürəkəni Zeynalov Davud Zakir oğlu qayınatasına arxalanaraq karantin qaydasını kobud şəkildə pozub və yaşadığı evdə anasına yaz mərasimi təşkil edib.

Bundan sonra Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin əraziyə baxış keçirilib, Zeynalov Davud və yas mərasimində iştirak edənlər saxlanılaraq polis şöbəsinə gətirilib.

Profilaktik söhbətlər aparıldıqdan sonra onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211 maddəsinin müvafiq bəndinə əsasən cərimə tətbiq olunub.

Hazırda Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

“Report”

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ