hemle

“Ermənilər burada məsum görünsələr də, əslində cəllad idilər” - Məhkəmə ifadəsi

Tarix:9-06-2021, 13:28
Baxış Sayı:269

Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verən və bəzilərini bu yolla qətlə yetirən erməni silahlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin məhkəməsində zərərçəkmişlər ifadə verib.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, onlar ittihamla razılaşmayaraq özlərini yalnız Azərbaycan dövlət sərhədini pozmaqda günahkar biliblər.

Daha sonra zərəçəkmiş Qərib Vəliyev ifadə verərək Lüdvikin onu döydüyünü bildirib: “1999-cu ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində əsir düşdüm. Şuşa türməsinə aparmışdılar. Oradan isə gözlərimi bağlayaraq başqa bir hərbi hissəyə götürdülər. Həmin yerdə Lüdvik var idi və məni görüb soruşdu ki, sən hərbçisən? “Yox” dedim. O, tərcüməçi kimi istifadə olunurdu. Rütbəsi də yox idi. Avtomatın qundağı ilə vururdu məni. Başında "kepka" var idi və hərbi formada idi.

Azərbaycan dilini də çox yaxşı bilir. Əvvəlcə, mənə 3-4 şillə vurdu. Daha sonra dizi ilə qarnıma və sinəmə vurmağa başladı. Elə bilirdilər ki, mən kəşfiyyatçıyam. Amma elə olmadığını dedim. Məni başımda torba ilə gətirəndən sonra dedi ki, bu rayonu tanıyırsan? Sonra Laçın rayonu olduğunu dedi. Azərbaycan dilini necə öyrəndiyini demədi. 1 ay əsirlikdə qaldıq. Qırmızı Xaç Komitəsi ilə görüşdükdən sonra mənə işgəncələr dayandırıldı. Əsirlikdən sonra 20 gün müalicə aldım. Yaddaş pozğunluğu var idi. Həmçinin başımdan travma almışdım”.

Digər zərəçəkmiş Hüseyn Cavid isə bildirib ki, ermənilər burada məsum görünsələr də əslində cəllad idilər: “Bunlar Şuşa türməsində cəllad idilər. Azərbaycanlılara qarşı hər cür işgəncə edirdilər. Mən 1994-cü ildə Ağdamda döyüş şəraitində əsir düşmüşəm. Əvvəlcə bizi öldürmək istədilər. Sonra əmr gəldi ki, sizi dəyişəcəyik. Ona görə öldürmədilər. Amma işgəncələr davam edirdi. Lüdviki qolundakı döymədən tanıyıram. Orada L.M.N yazılmışdı. Bunu etiraf edə bilər”.

Lüdvik Mkrtiçyan ifadə verərək deyiləni təsdiqləyib: “Bəli, qolumda həmin döymə olub və mənə aiddir. Bunu hardan bildiyini bilmirəm”.

Məhkəmə prosesi 16 iyun saat 14:00-da davam edəcək.

Digər xəbərlər
09:41 Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq niyyətini bəyan edib
09:36 Çinin "ÖLÜM ULDUZU" - Yeni silah görün nələrə qadirdir
09:31 ABŞ-ın yeni prezidenti bəlli oldu: Bukmekerlər açıqladı
09:29 Netanyahu ilə bu 3 məsələdə razılaşmadığı üçün qovulub: Qallant detalları açıqladı
09:23 Hansı yuxu sağlam yaşlanma ehtimalını artırır?
09:19 "Instagram"da yenilik: Yeniyetmələr yaşlarını gizlədə bilməyəcəklər
09:15 Vətən müharibəsinin 41-ci günü: Düşmən geri çəkilməyə məcbur edilir
20:59 Qatarla Xırdalan və Sumqayıta gedənlərin nəzərinə: dəyişiklik edildi